Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası iyirmi dörd yaşını qeyd edir

24 noyabr 2016 | 11:00

İyirmi dörd illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası (YAP) xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilmişdir.
           Bu fikir Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə YAP rayon təşkilatında keçirilən  yığıncaqda səsləndirilmişdir.
Yığıncağı YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq yaranmasından 24 il ötən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, aparıcı siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırmışdır.
           Partiyanın rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyevin “Yeni Azərbaycan Partiyası-dövlətə və xalqa xidmət missiyası” mövzusunda məruzəsində Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ulu öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən, 24 ildə əldə etdiyi uğurlardan bəhs edilmişdir.
YAP rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində regionda analoqu olmayan ümumxalq partiyasına çevrilmişdir. Xüsusilə, gənclərin partiyaya üzv olmaları  onu göstərir ki, partiyanın fəaliyyəti də, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir.
          Yığıncaqda çıxış edənlər bir daha vurğuladılar ki, YAP qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldaraq, respublikamızın bugünkü inkişaf səviyyəsinə çatmasına böyük  töhfələr vermişdir. 
          Tədbirin sonunda Partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunmuş,  partiyanın fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Keçidlər