Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

27 aprel 2013 | 10:00

26 aprel 2013-cü il tarixdə saat 15:00 –da Ağcabədi Rayonu Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
    Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş və tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
   Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Fəridə Niftəliyeva akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında çıxış edərək ətraflı məlumat vermişdir. Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, RİH aparatı İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, şəhər 3 saylı məktəb liseyin müəllimi Zəhra İbrahimova, 1 saylı şəhər tam orta məktəbin direktoru Səadət Kazımova və digərləri çıxış etmişlər.
    Tədbirin bədii hissəsində şəhər 3 saylı məktəb liseyin şagirdlərinin ifasında Zərifə xanım Əliyevaya  həsr olunmuş şeirlər söylənmişdir.
   Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat yolunun əks etdirən film iştirakçılara nümayiş olunmuşdur. 
    Tədbirdə   35  nəfər  iştirak etmişdir .
.

Keçidlər