Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Muğam Mərkəzində “Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiyanın müzakirəsi təşkil edilmişdir

16 noyabr 2016 | 11:00

       16 noyabr 2016-cı il tarixdə Qarabağ Muğam Mərkəzində  Azərbaycan Respublikası Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi , Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi  və Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində “Aztəminatlı ailələrə uşaq hüquqları üzrə hüquqi xidmət”  Mərkəzinin bir illik hesabatı və Unicef-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Edvard Carvardinin iştirakı ilə layihə çərçivəsində orta-dövr icmalı və “Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiyanın müzakirəsi təşkil edilmişdir.
     Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, RİH yanında Yetkinlik yaşına  çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə üzrə komissiyanın uşaqqlarla iş üzrə məsləhətçi-psixoloqu vüsalə Məmmədova, rayon Polis şöbəsinin, Təhsil şöbəsinin, Mərkəzi xəztəxananın, Məşğulluq Mərkəzinin və DSMF rayon şöbəsinin əməkdaşları iştirak etmişdir.
      Hesabatı giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi  Qarabağ ofisinin rəhbəri Radə Qafarova layihə barədə məlumat vermişdir.Daha sonra Unicef Azərbaycan ofisinin  rəhbəri cənab Edvard Carvardin layihə çərçivəsində fəaliyyət göstərən Mərkəzin xidmətini yüksək qiymətləndirərək bundan sonra davamlılıq üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.
       Sonra qonaqlar rayonda Gənclər üçün Təhsil Mərkəzi nəzdində  fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü.Uşaqların ifasında maraqlı musiqi nömrələri  və şeirlər səsləndirildi.

Keçidlər