Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Pedaqoji Kollecində Milli Dirçəliş Günü qeyd olunmuşdur.

17 noyabr 2016 | 11:00

17 noyabr 2016-cı il tarixdə Ağcabədi Pedaqoji Kollecində  Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
   Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, kollecin müəllim və tələbə heyəti iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli  17 noyabr Azərbaycanın Milli Dirçəliş Günü barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “17 noyabr Azərbaycanın Milli Dirçəliş Günüdür” mövzusunda məruzə etmiş, Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibətinin və qərəzli mövqeyinin Azərbaycan xalqını ayağa qaldırmasını, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə qarşı Azərbaycan ictimaiyyətinin öz etirazlarını bildirdiyini qeyd etmişdir.
      Eyni zamanda məruzədə vurğulanmışdır ki, ötən əsrin 60-cı illərində hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsil intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər İttifaqı dağılmağa başlayanda xalqın dayağı olmuşdur.
    1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından bir çox faciələr baş vermişdir. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildi. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.
   Tədbirdə çıxış edən kollecin müəllimləri Şirxan Aranlı, Bəxtiyar Əliyev və kollecin tələbəsi Gülarə Abbaslı 1988-ci il noyabrın 17-dən başlayan hərəkatın azad Azərbaycanın təməlini qoyduğunu və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayıldığını bildirdilər.

Keçidlər