Heydər Əliyev Mərkəzi Boyat kənd Mədəniyyət Evində “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil edib
15 noyabr 2016-cı il tarixdə “Dövlət Müstəqilliyi günü” ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq Boyat kənd Mədəniyyət Evində “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbiri giriş nitqi ilə açaraq, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ümumilli Lider Heydər Əliyevin müstəsna rolundan, Azərbaycanın həmin dövrdə qarşılaşdığı problemlərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıb.
Daha sonra tədbir Mərkəzdə fəaliyyət göstərən “Rəsm”, “Toxuculuq”, “Maraqlar üzrə əl işləri” və “Xalçaçılıq”, kurslarının üzvlərinin müstəqilliyimizə həsr olunmuş müxtəlif səpkili əl işlərinin və dövlət müstəqilliyimizdən bəhs edən kitabların sərgisi ilə davam etmişdir.