14 noyabr 2016-cı il tarixdə ADPU-nun Ağcabədi filialında “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik?” mövzusunda məruzə təşkil olunmuşdur
14 noyabr 2016-cı il tarixdə ADPU-nun Ağcabədi filialında “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik?” mövzusunda məruzə təşkil olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim MustafanınTədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Multikulturalizm mərkəzinin və Bilik Fondunun hüquqşünası Tural Şahbazov, Ağcabədi RİH başçısı aparatının İctimai siyasi və humanitar məsələlər üzrə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev,Bilik Fondunun Ağcabədi rayon nümayəndəliyinin rəhbəri Anar Qasımov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının əməkdaşları, “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə I və III kurs tələbələri iştirak edirdilər.Filialın direktoru, dosent Mətanət Fərzəliyeva tədbir iştirakçılarına qonaqları təqdim etdi və onları filialın professor-müəllim heyəti adından salamladı. Müasir dövrümüz üçün aktual olan belə bir mövzuda məruzənin Qarabağ bölgəsində, ADPU-nun Ağcabədi filialında keçirildiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyinə dərin təşəkkürünü bildirdi.Məruzə üçün söz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafaya verildi. Məruzəçi “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik?” mövzusunda məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Qafqaz Albaniyası ərazisində yaşayan, 26 dildə danışan əsas tayfalardan biri udinlər olmuşdur. Udinlər əsasən Albaniyanın Qəbələ, Şəki, Paytarakan, Girdman və Uti vilayətində yaşamışlar. IV əsrə qədər politeist olan albanların bir hissəsi, o cümlədən də udinlər həmin dövrdən etibarən xristianlığı qəbul etmişlər.Azərbaycan xanlıqlarının Rusiya qoşunları tərəfindən işğalından sonra Türkmənçay (1928) və Ədirnə (1829) müqavilələrinə əsasən Cənubi Qafqaza İran və Osmanlı imperiyaları ərazisindən 120 mindən artıq erməni köçürülüb gətirilmişdir. Şərqi Anadoludan və Xoydan köçürülüb gətirilən ermənilərin bir qismi keçmiş Gəncə xanlığının ərazisinə daxil olan Kirzan kəndində yerləşdirilmişdir. Udinlərin bir qisminin erməniləşməsi prosesi Rusiya imperatorunun 11 mart 1936-cı il tarixli fərmanından sonra sürətlənmişdir. 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdır. Kirzan kəndi udinlərin kompakt yaşadıqları üç kənddən biri hesab edilirdi. 1930-ci ildə Bakıda nəşr edilən “İnqilab və mədəniyyət” jurnalında “Dünyada üçüncü udi kəndi” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə qeyd olunurdu ki, Kirzan kəndində 36 udin ailəsi yaşayır.
Məruzəçi qeyd etdi ki, sonradan gedən proseslər nəticəsində udinlərin bir qismi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnmiş, Ermənistan ərazisində qalan udinlər isə digər milli azlıqlar kimi erməniləşmişlər. Hazırda onların bir qismi Ermənistanın Şəmsəddin (indiki Berd) rayonunun Noraşen və Arcvabed (keçmiş Qırğı) kəndlərində məskunlaşmışlar. XX əsrin əvvəllərində udinlərin Azərbaycan ərazisində kopmakt şəkildə yaşadıqları üç kənddən biri olan Kirzan kəndindən udinlərin kökü çar Rusiyasının yeritdiyi siyasət və ermənilərin törətdikləri qırğınlar nəticəsində tədricən kəsilmişdir.Sonra məruzə ətrafında çıxışlar dinlənildi. “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının dosenti Məhəmməd Hüseynov, dosent Yaqub Səmədov, dosent Baxış Ələsgərov, b/m Araz Əliyev, “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının dosenti Vaqif Allahverdiyev, tarix üzrə fəlsəfə doktoru, b/m Əlizadə Nəcəfov, Tələbə Elmi Cəmiyyətinin sədri Anar Əliyev məruzədən irəli gələn məsələlərə öz münasibətlərini bildirdilər.Tədbirin sonunda direktor, dosent Mətanət Fərzəliyeva Nazim Mustafaya maraqlı, məzmunlu və dolğun məruzəsi üçün minnətdarlığını birdirdi.