Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elmi – praktik konfrans keçirilmişdir.

27 aprel 2013 | 10:00

26 aprel 2013-cü  il tarixdə saat 11:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası  qarşısında ucaldılmış  Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önü ziyarət edilmiş və sonra Y.Məmmədov adına Rayon Mədəniyyət Evində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə  elmi – praktik konfrans keçirilmişdir.
   Tədbiri Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev  açaraq  qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan  xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi. Natiq vurğuladı ki, Ulu Öndər Heydər Əliyev  milli mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaqla yanaşı, həm də milli mənəvi irsmizin müəllifidir.   
    Natiq yekunda bildirdi ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır.
    Rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, MKS-nin müdiri İradə Abdullayeva və gənc şair Gündüz Sevindik çıxış edərək, Ulu Öndər Heydər Əliyevin milli – mənəvi dəyərlərimizin bərpasında danılmaz xidmətlərini, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı haqqında ətraflı konfrans iştirakçılarının nəzərinə çatdırdı.
      Yekunda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək bildirdi ki, Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər Əliyev zamanında olduğu qədər yüksək qiymətləmdirilməmişdir. Ümummilli liderimizin yüksəliş yolunu böyük uğurla davam etdirən Cənab Prezidentimiz İlham  Əliyevin mədəniyyətin və turizmin hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı, bu sahədə qəbul olunan qərarlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli – mədəni intibah amalı bu gün də yaşayır, ümummilli təkamülə təminat yaradır.
    2013- cü ilin Prezident seçkiləri ili olduğuna  diqqət çəkərək Ə. Tapdıqov bildirdi ki, ağcabədililər həmişə  İlham Əliyev siyasətinə sədaqəti ilə seçiliblər. Mən əminəm ki, oktyabr ayında ağcabədililər seçkiyə gedib, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı olan İlham Əliyevə səs verəcəklər.
   Tədbirdə   350  nəfər  iştirak etmişdir .

Keçidlər