Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Multikulturalizmlə bağlı tədbir təşkil edilib

14 noyabr 2016 | 11:00

14 noyabr 2016-cı il tarixdə Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi Nazim Mustafayevin iştirakı ilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Multikulturalizm mövzusunda konfrans keçirilib. Tədbirdə rayon ziyalıları, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
    Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra sözü qonağa verib.
    Tədbir iştirakçılarını salamlayan Nazim Mustafayev Azərbaycan tolerantlıq və multikultural dəyərlər, müxtəlif dini konfessiyalar, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətin tənzimlənməsi, xalqlar arasında dostluğun, birgəyaşayışın qorunması, Azərbaycan mədəniyyətinin zənginliyi və rəngarəngliyi haqqında ətraflı məruzə ilə çıxış etdi.
    Daha sonra YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin sədri Əlizadə Nəcəfov çıxış edərək tolerant mühiti formalaşdıran amillər, tarixən Azərbaycan ərazisində olan birgəyaşayış qaydaları və bunun bir dövlət siyasəti olması ilə yanaşı, eyni zamanda xalqın keçmişindən gələn bir ənənə olması haqqında ətraflı məlumat verdilər.

Keçidlər