Heydər Əliyev Mərkəzində yenidən “cizgi filmləri” ayı başlayıb
4 noyabr 2016-cı il tarixindən etibarən Heydər Əliyev Mərkəzində məktəbəqədər təhsil müəssisələrinin uşaqları üçün yenidən cizgi filmlərinin nümayişlərinə başlanılıb.
Azyaşlı uşaqların cəmiyyətə alışması, kollektiv şəkildə bir tamaşaçı kimi yetişməsi məqsədilə təşkil edilən cizgi filmi nümayişlərində ilk olaraq Ağcabədi şəhər 1 saylı körpələr evi uşaq bağçasının körpə fidanları iştirak ediblər.
Öncə ekspozisiya zalı ilə tanış olan uşaqlar Ulu Öndərimizə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda şerilər söyləmiş,mahnılar oxumuşlar.
Daha sonra azyaşlıların böyük marağına səbəb olan “Siçan və Pişik” cizgi filmi nümayiş etdirildi.
Qeyd edək ki, “Cizgi filmi” nümayişləri 29 noyabr 2016-cı il tarixinədək davam edəcəkdir.