Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Vətənpərvərlik və Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilmişdir.

03 noyabr 2016 | 11:00

   03.11.2016-cı il tarixdə Ağcabədi rayon Gənclər və İdman İdarəsi  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsəsində “Vətənpərvərlik  və  Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilmişdir.
   Tədbirdə Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, N saylı hərbi hissə komandirinin şəxsi heyətlə işi üzrə müavini polkovnik leytenant Musa Teymurov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Gənclər və İdman idarənin aparıcı məsləhətçisi Cavid Bünyadov,YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Mehman Novruzov,YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi - Qarabağ müharibəsi veteranı Ramil Nağıyev, Ağcabədi rayon dindarı Qanboy İbrahimov N saylı hərbi hissənin şəxsi heyyəti qarşısında çıxış etmişdilər.
    Natiqlərin çıxışları əsasən vətənpərvərlik, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və dini radikalizmə qarşı mübarizəyə həsr olunmuşdur.

Keçidlər