Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda sahibkarlarla görüş keçirildi.

29 oktyabr 2016 | 11:00

    29 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildi.Çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxışında qeyd etdi ki,bu gün ölkəmizdə, o cümlədən Ağcabədi rayonunda sabitlik yaradılıb, iqtisadiyyat şaxələndirilib, biznes mühiti təkmilləşdirilib, sahibkarlığın inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Cari il yanvarın 26-da Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr bir daha təsdiq etdi ki, sahibkarlığın inkişafı, özəl bölmədə məhsul istehsalının həcminin artırılması bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
    Lakin ölkə Prezidentinin də qeyd etdiyi kimi, “Yeni dövr yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlıq daha da genişləndirilməli, sahibkarlara daha yaxşı şərait yaradılmalı, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
    Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır.
    Çıxış edən sahibkarlar yaradılan şəraitə görə minnətdarlıq edib, rayonun inkişafı və tərəqqisi naminə bundan sonra da əzmlə çalışacaqlarını, göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Keçidlər