Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2013- cü ilin birinci rübündə sosial –iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

25 aprel 2013 | 10:00

24 aprel 2013-cü  il tarixdə saat 15:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Evində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 14 aprel 2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci rübünün sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2013- cü ilin birinci rübündə sosial –iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
    Eyni zamanda tədbirdə rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri və  sahibkarlar dəvət olunmuşdur.
   Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq  bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 14 aprel 2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci rübünün sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  iclası keçirilmişdir.
   Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov bildirmişdir ki,əsası       Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  və möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu
kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
    Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artmış, Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində 5000 ton olan soyuducu anbarın, Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton  olan  çörək zavodunun tikintisi aparılır. Hazırda 205 çarpayılıq  Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Olimpiya İdman Kompleksinin,YAP Ağcabədi rayon təşkilatının üçün inzibati binanın,Qonaq Evinin tikintisi uğurla davam etdirilir.
    Bununla yanaşı,2013-cü ildə rayonun M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, R.Quliyev adına Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəbin tikilməsi üçün lahiyə smeta sənədləri hazırlanmışdır. Hazırda M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbində tikinti işi başlanmışdır.
     S.Hüseyinov adına Xocavənd kənd 1 saylı tam orta və M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəblərinin binalarında  hal-hazırda əsaslı təmir işləri aparılır.
    Hesabatın yekununda Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Nazirlər Kabinetinin 14 aprel 2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci rübünün sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik və 2013 – cü il Prezident seçkilərində bizi gözləyən  məsuliyyətli bir sınaq ilindən  üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib , qələbəyə nail olacayıq.
   Yığıncaqda daha sonra Rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov, Rayon Elektrik Şəbəkəsinin rəisi əvəzi Mətləb Nəcəfov, Rayon Qaz İstismar Sahəsinin rəisi  İkram Məhərrəmov, , RİHB-nın Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Sultanov, Pərioğullar  bələdiyyəsinin sədri Mansur Quliyev   görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Hesabat xarakterli çıxışlarında natiqlər qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər  Ağcabədi rayonunda aparılan  yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi  rayonun daha da  inkişaf etməsinə təkan vermişdir.
   Tədbirdə   350  nəfər  iştirak etmişdir .

Keçidlər