Ağcabədi rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
18 oktyabr 2016-cı il tarixdə saat 10 30-da rayon Mədəniyyət evində , Ağcabədi rayonunda 2016-cı ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncağa rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, uşaq bağçalarının müdirləri, rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, YAP Ağcabədi rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər dəvət olunmuşdur.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda aparılan abadlıq – quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, sahibkarlıq fəaliyyəti genişlənmişdir.
Dövlət proqramının icrası ilə əlaqədar Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində
Qarqar çayı üzərində körpü tikilərək istifadəyə verilmiş, Sarvanlar kəndindən Bala Kəhrizli kəndinə keçən hissəsindəki körpü əsaslı təmir edilmişdir.
15 fevral 2016-cı ildə Təzəkənd kəndində 623 abonent, 15 mart 2016-cı ildə Bala Kəhrizli kəndində 316 abonent təbii qazla təmin edilmişdir.
Hazırda üçmərtəbəli otel binasının, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinin Ağcabədi Xidmət Mərkəzinin inzibati binasının, Olimpiya İdman Kompleksinin tikintisi işləri aparılır. Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun tikintisində son tamamlama işləri aparılır. Ağcabədi şəhər 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra açılışı olmuşdur. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi tikilmiş, ərazidə abadlıq quruculuq işləri görülmüşdür.
Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun başlanğıcında tağvari giriş qapısının və Bayraq Muzeyinin tikintisi başa çatmışdır.
Natiq çıxışının sonunda qeyd etmişdir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 07 oktyabr 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik ,uğurlu gələcəyə doğru inamla addımlayacayıq.
Hesabat iclasının yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarının müraciəti oxunmuşdur.