Heydər Əliyev Mərkəzi tərəfindən Ağcabədi şəhər ümumtəhsil məktəblərində təşkil edilən sorğu yekunlaşıb
18 oktyabr – Dövlət Müstəqilliyi günü ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 12 oktyabr 2016-cı il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ağcabədi şəhər ümumtəhsil məktəblərində “Müstəqillik tariximizi necə bilirik” adlı sorğu təşkil edilib.
Son olaraq 17 oktyabr 2016-cı il tarixdə Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəb, 6 saylı tam orta məktəb, Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəb və C.İbrahimov adına 8 saylı tam orta məktəbində təşkil edilən sorğularda da şagirdlər fəal iştirak ediblər.
Ümumi nəticəyə əsasən M.F.Axundov adına 3 saylı məktəb liseyi, Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbi və şəhər 1 saylı tam orta məktəblərinin şagirdlərinin cavabları digərləri ilə müqayisədə üstünlük təşkil etmişdir.