Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirildi.

15 oktyabr 2016 | 11:00

14 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayon icra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirildi.
Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əflatun Rufiyev,  rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri iştirak etdi.
    Ağcabədi  rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şura iclasında çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən 26 yanvar 2016-cıil tarixdə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda və 17 sentyabr 2016-cil il tarixdə  Sabirabad rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Pambığın alış  qiymətinin artırılması, hər kiloqrama 0.1 manat subsidiyanın verilməsi, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.
Natiq qeyd etdi ki,hava şəraitini nəzərə alaraq yerli icra nümayəndələri, bələdiyyələr, pambıq mülkiyyətçiləri, pambıq zavodlarının rəhbərləri pambığın itkisiz və qısa müddətdə yığımını təmin etmək üçün bütün qüvvələrini sərf etməlidirlər. Xüsusilə əllə pambıq yığımını sürətləndirmək üçün insanlarımız səfərbər olunmalıdır.Bununla əlaqədar xüsusi pambıq yığan briqadaların sayı artırılmalıdır.
    Qərargahın iclasında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əflatun Rufiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın  sosial rifahı daha da yaxşılaşacaq, əlavə on minlərlə iş yerləri yaranacaq və ölkəmizə xarici valyuta axını  olacaqdır.
    İclasda qərara alındı ki,  rayonun idarə, müəssisələrində çalışan işçilərdən ibarət könüllü pambıqyığan briqadalar təşkil olunsun, hər iki pambıq zavodu  yığıma əlavə pambıqyığan maşınların və qoşquların cəlb olunmasını təşkil etsinlər.
    Sonda rayonda pambıq əkininin və yığımın real vəziyyətini öyrənmək məqsədilə bir neçə təsərrüfat sahəsinə baxış keçirildi.

Keçidlər