Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr – Dövlət Müstəqillik günü ilə əlaqədar olaraq Ağcabədi şəhər ümumtəhsil məktəblərində sorğu təşkil edilib

12 oktyabr 2016 | 11:00

18 oktyabr – Dövlət Müstəqilliyi günü ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 12 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən  Ağcabədi şəhər ümumtəhsil məktəblərində “Müstəqillik tariximizi necə bilirik” adlı sorğu təşkil edilmişdir.
     Ağcabədi şəhər 1 saylı tam orta məktəbi, M.F.Axundov adına 3 saylı lisey məktəbi,M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbi və M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbində təşkil edilən sorğular zamanı  məktəblilərə Mərkəzin  əməkdaşları tərəfindən müstəqilliyimiz keçdiyi ağır və keşməkeşli tarix yolu və Ulu Öndər Heydər Əliyevin misilisiz xidmətləri haqqında məlumat verilmişdi.
     Açıq tipli suallar şəklində tərtib edilmiş sorğu zamanı şagirdlərin müstəqilliklə bağlı nəzəri bilikləri yoxlanılmış, onların rəy və təklifləri dinlənilmişdir.
    Qeyd edək ki, məktəblilər arasında təşkil olunmuş sorğu əvvəlcədən müəyyən edilmiş qrafik əsasında 18 oktyabr 2016-cı il tarixinədək davam edəcəkdir.

Keçidlər