Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Qiyaməddinli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

11 oktyabr 2016 | 11:00

    11 oktyabr 2016-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Qiyaməddinli kəndində  Qiyaməddinli və Gələbədin kəndlərininin sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
    Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək  sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra Qiyaməddinli və Gələbədin kəndlərininin sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın və baramaçılığın inkişafına dair tapşırıqlarının bu il də uğurla davam etdirilməsindən, pambıqçılığın inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması istiqamətinə görüləcək işlərdən ,əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər