Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Mərkəzi Xəstəxanasında "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda seminar keçirilmişdi

13 oktyabr 2016 | 11:00

13.10.2016-cı il tarixdə Ağcabədi rayon Mərkəzi Xəstəxanasında Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə"Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar baş tutmuşdur. SeminardaAğcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi  şöbəsinin rəisi Natiq Zamanov, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseyinov və rayon səhiyyə və tibb işçilərinin 300-dən artıq nümayəndələri iştirak etmişdilər.
Seminarı giriş sözü ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseyinovaçdı vəməruzə üçün sözüAğcabədi rayon prokuroru, baş ədliyyə müşaviriSalman Səmədova verdi. Salman Səmədovzərərli dini təriqətlər -vəhhabilik, nurçuluq və digər belə dini cərəyanlarınyaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumatlar verdi.Məruzə ətrafında  Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseyinovçıxış etmişdilər.
Seminarın sonunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tədbir iştirakçılarınınçoxsaylı suallarını cavablandırdılar.

Keçidlər