Heydər Əliyev Mərkəzində növbəti dərs keçirildi
04 oktyabr 2016 | 11:00
04 oktyabr 2016-cı il tarixdə Mərkəzdə fəaliyyət göstərən “Tikiş” kursunda yeni tədris ilinin ilk dərsi keçirilib. İlk dərs zamanı kurs rəhbəri Lalə Bağırova kursun ötən ilki nəticələri, bu ilki məqsədləri və dərs proqramı haqqında kurs üzvlərinə ətraflı məlumat vermişdir.
Kurs müddətində şagirdlərə öz fantaziya və zövqlərinə uyğun geyimlərin biçilməsi, kişi və qadın geyimlərinin hazırlanması, hazır geyimlərin formalarının dəyişdirilməsi, tikmə sənətinin sirləri və s. öyrədiləcəkdir.
Kurslar 31 may 2017-cı il tarixinədək davam edəcəkdir