Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

18 aprel 2013 | 10:00

12-17 aprel 2013-cü il tarixdə  Ağcabədi rayonu Şahmat Məktəbində  Gənclər və İdman İdarəsinin , YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının və Təhsil şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Şahmat turniri  oğlanlar və qızlar olmaqla 2 qrup üzrə keçirilmişdir.
    Şahmat üzrə rayon birinciliyinin yekun nəticəsində  oğlanlar arasında şəhər 1 saylı tam orta məktəbin şagirdi Abdullayev Fərid Xəyyam oğlu  I yerə , şəhər 8 saylı tam orta məktəbin şagirdləri   Hüseynov Xəzər Araz oğlu II yerə, Əmirov Cəfər Elnur oğlu III yerə layiq görüldülər.
   Şahmat üzrə rayon birinciliyinin yekun nəticəsində qızlar arasında şəhər  3 saylı məktəb liseyin şagirdləri  Bədəlova Aysun Xəyyam qızı I yerə, Həsənova Əsmər Nizami qızı II yerə, rayon Xocavənd kənd 1 saylı tam orta şagirdi Babayeva Nigar Sadiq qızı III yerə layiq görüldülər.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyinin qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
    Bununla yanaşı, Rayon Şahmat Məktəbinin  şahmatçısı Əliyeva Tövhə Elxan qızı 11-16 aprel 2013-cü il tarixdə Bakı şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmar üzrə Respublika birinciliyində III yer yer tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplom və xüsusi mükafatı ilə mükafatlandırılmışdır.

Keçidlər