Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr-Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı günü münasibətilə şəhid ailələri ziyarət olundu

10 noyabr 2023 | 12:09
8 noyabr-Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaş və könüllüləri tərəfindən Vətənimizin ərazi bütövlüyünün bərpası naminə canlarını fəda etmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Ömər Rəşad oğlu Rəhimli və 
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, antiterror əməliyyatları zamanı şəhid olmuş leytenant Röyal Asif oğlu Məmmədovun ailələri ziyarət edilib.
 
   Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb, şəhid və qazilərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin hər kəsin qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyuruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların sosial məsələlərinə daim həssaslıqla yanaşıldığı, problemlərinin həlli istiqamətində mütəmadi olaraq dövlət proqramlarının həyata keçirildiyi diqqətə çatdırılıb.
 
Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər