"8 Noyabr- Zəfər Günü" münasibətilə konsert proqramı təşkil olunacaqdır.
04 noyabr 2025 | 18:50
Əziz Ağcabədililər və şəhərimizin qonaqları!
7 noyabr 2025-ci il tarixdə, saat 10-30-da Ağcabədi şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "8 Noyabr- Zəfər Günü" münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaqdır. Hər biriniz dəvətlisiniz!
Konsert proqramında rayonumuzun sevilən musiqiçiləi ilə yanaşı, respublikamızın tanınmış musiqiçiləri - Aşıq Zülfiyyə, Ramiq Bayramov, Gülzar Fərəcova, Xəyalə Qafarzadə və digərləri çıxış edəcəklər.






