Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

09 mart 2024 | 12:41
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən ümumrayon tədbiri keçirilib.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.
Rayon icra hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə RİHB-nin müavinləri, şöbə müdirləri, şəhid ailələrinin üzvləri, təhsil, səhiyyə, mədəniyyət, eləcə də müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİHB-nin birinci müavini Xətai Zeynalov bu əlamətdar gün münasibəti ilə xanımları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınlarının adı ilə bağlıdır. Qeyd edilib ki, dövlətimiz tərəfindən qadınlar üçün məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində geniş imkanlar yaradılıb. Həmçinin o da qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub, onlardan biri də Hüsülü bələdiyyəsinin sədri Kəklik Əhmədovadır.
Sonra şəhid anası Zülfiyyə Quliyeva, şəhid bacısı Nüşabə İbrahimova, vəkil, mediator Aygün Kərimova, Mehrablı kənd 2 nömrəli ümumi orta məktəbin direktoru Aidə Qurbanova, Həmidə Məmmədquluzadənin ev muzeyinin direktoru Zeynəb Quliyeva çıxış ediblər. Bildirilib ki, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayrılıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verilib.
Yekunda bir qrup fəal qadın rayon icra hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub.
Daha sonra “8 Mart- Beynəlxalq Qadınlar Günü” münasibəti ilə şəhid ailəsi üzvlərinin iştirakı ilə “Elnur” restoranında nahar süfrəsi təşkil olunub.
Keçidlər