Ağcabədi rayonunda 140 yerlik 6 saylı Körpələr evi – uşaq bağçasının açılışı olmuşdur.
28 sentyabr 2016-cı il tarixdə saat 11:00 –da “Ərazilərin bərpası və yenidən qurulması üzrə agentliyi”n sifarişi əsasında “ Məxmər 77” MMC tərəfindən əsaslı təmir olunmuş Ağcabədi şəhər Heydər Əliyev prospektində yerləşən 140 yelik 6 saylı Körpələr evi – uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev , “Ərazilərin bərpası və yenidən qurulması üzrə agentliyi”n nümayəndəsi Vəli Albəndov iştirak etmişdir.
Tədbirdə 140 yelik 6 saylı Körpələr evi – uşaq bağçasının müdiri Jalə Ağamirova, valideyn Zeynəb Kərimova çıxış edərək bu gün ki, açılış münasibəti ilə hər kəsi təbrik etmişlər və bildirmişlər ki, balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıqlarla, o cümlədən oyuncaqlarla təchiz edilmiş bu müasir, gözəl Körpələr evi – uşaq bağçası körpələrin, uşaqların daha yaxşı inkişafına, hərtərəfli və sağlam böyümələrinə lazımi şərait yaradacaqdır.
Daha sonra çıxış edən “Ərazilərin bərpası və yenidən qurulması üzrə agentliyi”n nümayəndəsi Vəli Albəndov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və göstərdiyi mənəvi dəstəyə görə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlığını bildirdi.
Açılış mərasimində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə həm gözəlliyi, həm də müasir tələblərə cavab verən Körpələr evi – uşaq bağçasının əsaslı təmirdən sonra açılışı münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi. Rayon rəhbəri bildirdi ki, sizlərə də bəlli olduğu kimi, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlər öz sözünü dünyada deyən güclü bir dövlətdir. Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan inkişaf strategiyası cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın inkişafı təkcə beynəlxalq arenada deyil, regionlarda aparılan yenidənqurmalarla özünü bürizə verir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ağcabədi rayonuna xüsusi gözəllik verən, uşaqların mənalı istirahətinin təşkilinə, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılmasına xidmət göstərəcək bugün açılışını etdiyimiz 6 saylı Körpələr evi – uşaq bağçası dövlət rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir.
Tədbir şəhər Ü.Hacıbəyli adına İncəsənət Məktəbinin hazırladıqları musiqi proqramı davam etdirildi və yekunda körpələr evi-uşaq bağçasında yaradılan şəraitə baxış keçirilmişdir.