Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə

21 sentyabr 2016 | 11:00

21.09.2016-cı il tarixdə Ağcabədi rayonunda "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda keçirildi
21.09.2016-cı il tarixdə Ağcabədi Pedeqoji Kollecində Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda tədbir baş tutmuşdur. Tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi şöbəsinin rəisi Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedeqoji kollecinin direktoru Mirələm İbrahimli, kollecin müəllim və tələbə heyəti iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Ağcabədi Pedeqoji Kollecinin direktoru Mirələm İbrahimli açdı və məruzə üçün sözü Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədova verdi. Salman Səmədov zərərli dini təriqətlər -vəhhabilik, nurçuluq və digər belə dini cərəyanların yaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumatlar verdi. Məruzə ətrafında çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov bildirdi ki, bu tədbir cox ciddi bir məsələyə həsr olunmuşdur. Pedeqoji Kollecin müəllim və tələbələrini belə tədbirlərdə iştirakı cox əhəmiyyətli bir işdir.
Sonda dinləyicilər tərəfindən verilən coxsaylı suallar rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən cavablandırıldı.

Keçidlər