Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda gənc ifaçıların II Respublika müsabiqəsi keçirilmişdir.

19 aprel 2013 | 10:00

18 aprel 2013-cü  il tarixdə saat 12:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına “Qarabağ” Muğam Mərkəzində  Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə  ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsi keçirilmişdir.
   Müsabiqədə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Beyləqan, Füzuli, Laçın, Xocavənd rayonlarının ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri iştirak etmişdir.
     Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq  qonaqları salamlamış və bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sisteminin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış dahi bir şəxsiyyət kimi öz xalqının qəlbində əbədi iz qoymuşdur.
     Əbülfət Tapdıqov  yekunda  müsabiqədə iştirak edən hər bir iştirakçıya  uğur və nailiyyət  arzulamışdır.
     Müsabiqənin münsiflər heyəti Azərbaycan  Respublikası Milli Konservatoriyasının  baş müəllimi, əməkdar müəllim Qəzənfər Abbasov, Milli Konservatoriyasının  baş müəllimi  Əflaruz Məmmədov və Bakı şəhəri “ Bülbül” adına orta ixtisas Musiqi Məktəbinin  baş müəllimi Namiq  Rzazadə  gənc ifaçıların çıxışlarını  qiymətləndirdilər.
   Müsabiqədə seçilən qaliblər respublika turunda iştirak edəcəkdir.
   Müsabiqədə   200  nəfər  iştirak etmişdir .
.

Keçidlər