Ağcabədi rayonunda "Vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi” mövzusunda tədbir keçirilmişdir.
20 sentyabr 2016-cı il tarixdə saat 11:00 –da Ağcabədi şəhər 3 saylı məktəb liseydə rayon Prokurorluğunun təşkilatçılığı ilə “ İslam dininin əsl dəyərlərini və fəlsəfəsini təbliğ edərək vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi, yanlış olması və İslam dəyərlərinə uyğun olmaması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon Polis şöbəsinin rəisi, rayon prokuroru, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsinin sədri iştirak etmişdir. Tədbirdə bu mövzuda çıxış edən rayon Polis şöbəsinin rəisi, rayon prokuroru, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsinin sədri və digərləri vəhhabilik və bu qəbildən olan digər radikal dini cərəyanların dövlətə və cəmiyyətə mənfi təsirindən danışmışlar.