Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində film nümayişlərinə başlanılıb
18 sentyabr 2016-ci ildə dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi tamam olur. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəyovun doğum gününün musiqi günü kimi qeyd edilməsi ənənəsini rəsmiləşdirərək həmin günün “Milli Musiqi Günü” kimi qeyd olunması barədə sərəncam verib.
Dahi bəstəkarın yubileyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr 2016-ci il tarixindən etibarən Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərinin nümayişlərinə başlanılıb. İlk olaraq Ağcabədi şəhər 1 saylı, Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbinin və M.F.Axundov adına şəhər 3 saylı məktəb liseyin şagirdləri üçün “O olmasın, bu olsun” filmi nümayiş etdirilib. Məktəblilərin böyük marağına səbəb olan film nümayişləri 27 sentyabr 2016-cı il tarixinədək davam edəcək.