Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi günü

20 sentyabr 2016 | 11:00

  Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın.
   1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
    Bu münasibətlə Ağcabədi Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan müəssisələrdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də 20 sentyabr 2016-cı il tarixində Ağcabədi rayon, Hacıbədəlli kənd Folklor evində Hacıbədəlli kənd musiqi məktəbi tərəfindən təşkil edilmişdir.
Tədbirdə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova və digər qonaqlar ,kənd sakinləri, iştirak etmişdir.
    Tədbiri giriş sözü ilə açan Turizm şöbəsinin müdiri Rza Quliyev Üzeyir Hacıbəyli yaradıcılığından bəhs edərək,onun Azərbaycan musiqi tarixindəki misilsiz rolundan və bu gün mədəniyyətimizin dünyada təbliği istiqamətində apaılan əvəzsiz işlərdən bəhs etmişdir.
    Digər çıxış edən qonaqlar da bildirdilər ki,Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar.
     Daha sonar tədbir dahi bəstəkarın əsərlərindən ibarət hazırlanmış səhnəciklər və geniş muüiqi proqramıyla davam etmişdir.

Keçidlər