Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə seminar – treninq keçirilmişdir.

18 aprel 2013 | 10:00

17 aprel 2013-cü  il tarixdə saat 11:00 –da Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının konfrans zalında  Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə “Heydər Əliyev və Azərbaycanda milli – mənəvi dəyərlərin bərpası“ mövzusunda seminar – treninq keçirilmişdir.
    Seminar – treninqdə  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Aranlı iştirak etmişdir.
   Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq  qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan  xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi. Natiq vurğuladı ki, Ulu Öndər Heydər Əliyev  milli mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaqla yanaşı, həm də milli mənəvi irsmizin müəllifidir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz" söyləyən Ümummilli liderimiz  Heydər Əliyev milli-mənəvi dəyərlər uğrunda mübarizənin həmişə önündə gedirdi.
   Yekunda Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov bildirdi ki, Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində  böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirdi və yanılmadıqlarını gördü. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcəkdir
.    Seminar – treninqdə  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Aranlı çıxış edərək, bildirdi ki, bu fəxrlə demək olar ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sisteminin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Natiq bildirdi ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır.
    Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin milli – mənəvi dəyərlərimizin bərpasında danılmaz xidmətlərini iştirakçıların nəzərinə çatdırmışdılar.
   Tədbirdə   150  nəfər  iştirak etmişdir .

Keçidlər