MKS-də Səyyar kitabxana xidməti davam etdirilir
Ağcabədi rayon MKS-dəMədəniyyət və Turizm Nazirliyinin “Açıq kitabxana”, “Mütailə həftəsi”, “Səyyar xidmət” layihələri çərçivəsində silsilə tədbirlər keçirilir. Ümummilli liderimizin adını daşıyan istirahət parkında, Muğam mərkəzində, Mərkəzi xəstəxanada kitab sərgiləri təşkil edilmişdir.Kənd kitabxana filialları kəndin görməli yerlərində, uşaq bağçalarında bir sıra sərgilər təşkil etmişdirlər.Mərkəzi Kitabxananın Uşaq şöbəsi uşaqların asudə vaxtının səmərli keçirilməsi məqsədi ilə Nağıl otağında və uşaq bağçalarında müxtəlif səpkili tədbirlər hazırlayıblar.07-08 sentyabr 2016-cı il tarixlərində imkansız və əlil uşaqlar üçün təşkil edilmiş Günərzi Qayğı Mərkəzində və 2 saylı Körpələr evi Uşaq bağçasında Səyyar xidmət təşkil edilmişdir. Günərzi Qayğı Mərkəzi əqli cəhətdən geri qalmış, görmə qüsurlu, nitq qüsurlu, daun sindiromlu, iflic və s. xəstəlikləri olan uşaqlar üçün təşkil edilib. Uşaq şöbəsi mütəmadi olaraq bu uşaqlara kitabxana xidməti göstərir, ucadan oxular, kompyuter vasitəsi ilə səsli nağıllar nümayiş etdirir.Keçirilən tədbirlər uşaqların zehni inkişafının açılmasında böyük rol oynayır, uşaqlar tərəfindən böyük sevinclə qarşılanır.
MKS-də Səyyar kitabxana xidməti davam etdirilir.