Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Qurban bayramı münasibətilə fiziki məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir.

12 sentyabr 2016 | 11:00

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır.Elə bu məqsədlə də  Ağcabədi Rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə 12.09.2016-ci il tarixdə Gənclər Mərkəzində  fiziki məhdud uşaqları üçün bayram tədbiri təşkil edilmişdir. 
Tədbirdə  Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov,Millət vəkilləri Tahir Rzayev və hüquq mühafizə orqanlarının  rəhbərləri  iştirak etmişdir.
Tədbirdə  Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək bayram münasibətilə bütün uşaqları təbrik etmişdir.
Daha sonra tədbir Üzeyir Hacıbəyli adına şəhər incəsənət məktəbinin  və Qarabağ Muğam Mərkəzinin  kollektivinin hazırladığı əyləncəli proqramla davam etmişdir.Tədbirin sonunda uşaqlara qurban payı verilmiş, bu əziz gündə onlarda bu bayram sevincini ürəkdən yaşamışlar.

Keçidlər