Şriftin ölçüsü :

Saytın rəngi :

BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağcabədi rayonuna səfər ediblər.

07 sentyabr 2016 | 11:00

02 sentyabr 2016-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyinin əməkdaşları  Ağcabədi rayonuna səfər ediblər. Heyətə nümayəndəliyin əməkdaşı Furio De Angelisin və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzain rəhbərlik edirdi. Səfərin məqsədi yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə görüşmək və erməni zorakılığı nəticəsində ziyan çəkmiş məcburi köçkün  icmaları ilə görüşlər keçirməkdən ibarət idi. Nümayəndə heyətinin üzvlərini ilk olaraq Ağcabədi  rayon İcra Hakimiyyətinin  başçısı Şahin Məmmədov qəbul etmişdir. Daha sonra nümayəndə heyəti  Ağcabədi rayonunda olan məcburi köçkün icmaları ilə görüşlər keçirmişdir.

Keçidlər