Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.
31 avqust 2016-cı il tarixdə saat 10:30 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun Ali məktəbə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Tahir Rzayev, yuxarı bal toplayan tələbələr,onların valideynləri və müəllimləri iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tələbələr Rayon Heydər Əliyev Mərkəzində xatirə şəkli çəkdirdilər.
Tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir. Daha sonra Rayon Təhsil şöbəsinin müdiri əvəzi Əfrasiyab Məmmədov giriş nitqi ilə tədbiri açaraq , bütün abituriyent adını qazanan məzunları təbrik etdi və ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.
Daha sonra Qaravəlli kənd tam orta məktəbinin məzunu 690 balla Bakı Ali Neft məktəbinə daxil olmuş Ağayev Mustafa Hüseyn oğlu, şəhər 4 saylı tam orta məktəbin məzunu 680 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Sadıqov Eldəniz Rafiq oğlu, şəhər 3 saylı məktəb-liseyin məzunu 675 balla Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş Məmmədzadə Çinarə Ramil qızı,şəhər 8 saylı tam orta məktəbin məzunu 668 balla Milli Təhlükəsizlik Akademiyasına daxil olmuş Əmirov Əmrah Elnur oğlu,Muğanlı kənd tam orta məktəbin məzunu 657 balla Bakı Dövlət Universitetinə daxil olmuş Quliyeva Lalə Asif qızı, şəhər 2 saylı tam orta məktəbin məzunu 632 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Zeynalova Nəzrin Zeynal qızı, Rəncbərlər kənd tam orta məktəbinin məzunu 600 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Babakişi Quluzadənin valideyni Quliyev Camal Babakişi oğlu, Rəncbərlər kənd tam orta məktəbinin direktoru Həsənov İsmayıl Qulu oğlu,Yeni Abituriyent kursunun rəhbəri Şöyüb Səfərov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və onların valideynlərini təbrik etdilər, onlara yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.
Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2016-cı ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının gündən – günə daha da artırılmasından irəli gəlir.
Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.
Tədbirin yekununda 600- 700 arası bal toplayan tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələri təqdim olunmuşdur.
.