Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Uşaq Xor Kollektivlərinin 8- ci Respublika zona müsabiqəsi keçirilmişdir.

11 aprel 2013 | 10:00

10 aprel 2013-cü  il tarixdə Ağcabədi rayonu  Ü. Hacıbəyli adına şəhər Uşaq və İncəsənət məktəbinin  zalında Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Uşaq Xor Kollektivlərinin 8- ci Respublika zona müsabiqəsi başlamışdır.
     Müsabiqə  2 gün keçiriləcəkdir. Müsabiqə saat 12:00 –da başlayıb, saat 15:00 –a kimi davam etmişdir. Müsabiqədə Ağcabədi, Fizuli, Ağdam, Laçın, Beyləqan, İmişli, Ucar, Kürdəmir, Zərdab rayonlarının Uşaq Musiqi və İncəsənət məktəblərinin  şagirdləri iştirak etmişdir.
     Tədbirdə komissiyanın tərkibində Azərbaycan Respublikası Dövlət Xor Kopellasının  bədii rəhbəri,Musiqi Akademiyasının professoru, Respublikanın Xalq Artisti, komissiyanın sədri  Gülbacı İmanova, Dövlər Uşaq Filarmoniyasının direktoru, Respublikanın Əməkdar İncəsənət xadimi, komissiyanın üzvü  Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, Respublikanın Əməkdar müəllimi , komissiyanın üzvü Aqil Qafulov  iştirak etmişdir.
      Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq , gələn qonaqları Rayon rəhbərliyi adından salamlayaraq, onları Ağcabədi rayonunda görməkdən şad olduğunu vurğulamışdır. Əbülfət Tapdıqov qeyd etmişdir ki, belə bir müsabiqənin Azərbaycanın mədəniyyət beşiklərindən biri olan Qarabağ torpağının bir güşəsi Ağcabədidə keçirilməsi təqdirə layiqdir. Natiq bir daha bu müsabiqədə iştirak edən hər bir kəsə  uğurlar və işlərində nailiyyətlər arzulamışdır. Daha sonra  qonaqlar da iştirakçılara ürək sözlərini bildirdikdən tədbir başlanmışdı.
     Müsabiqədə 300  nəfər  iştirak etmişdir .

Keçidlər