Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda "Uşaqlar üçün ədliyyə" mövzusunda təlim proqramı keçirilmişdir.

17 avqust 2016 | 11:00

    16-17 avqust 2016-cı il tarixlərdə Ağcabədi rayonu Gənclər Mərkəzində UNISEF, Avropa Ittifaqı və GTM-in əməkdaşlıgı ilə həyata keçirilən layihə çərçivəsində Ağcabədi və Bərdə rayon hüquq mühafizə orqanları, yerli icra və ədliyyə orqanlarının əməkdaşlarının iştirakı ilə "Uşaqlar üçün ədliyyə" təlim proqramı keçirilmişdir. Tədbiri giriş sözü ilə Təlim çərçivəsində UNİCEF-in milli eksperti Ramil İsgəndərli  açaraq təlimin mahiyəti barədə təlim iştirakçılarına geniş məlumat vermişdir. Təlimdə iştirakçılara təlim proqramı ilə bağlı kitablar, bukletlər paylanmışdır.
   İki günlük təlim proqramında təlimçilər Nazir Quliyev, Vüqar Mansurov və Mətanət Əsgərova tərəfindən  iştirakçılara regionlarda uşaq hüquqları sahəsində fəaliyyət göstərən vəkillər və sosial işçilər üçün uşaqların cinayət, inzibati, mülki və ailə hüququ sahələrində ədliyyə sisteminə çıxışı, aidiyyəti dövlət orqanları tərəfindən uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində beynəlxalq təcrübə və digər mövzular tədris olunmuşdur. İştirakçılarla diskussiya şəraitində keçirilən təlimdə iştirakçılar maraqlı təşəbbüslərlə çıxış etdilər. Yekunda təlim qiymətləndirilmə ilə başa çatdı.

Keçidlər