Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili ilə əlaqədar olaraq treninqlərə başlanılıb.

17 avqust 2016 | 11:00

        “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamınının icrasını təmin etmək məqsədilə 17 avqust 2016-cı il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağcabədi rayon Məşğulluq Mərkəzi tərəfindən təlimlərə başlanılıb.
       Beynəlxalq Əmək Təşkilatının müvafiq sertifikatı ilə təmin olunmuş təlimçilər tərəfindən həyata keçirilən treninqlərin əsas məqsədi Ağcabədi rayon məşğulluq mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.
      5 həftə ərzində davam edəcək təlimlərdə davamlı olaraq iştirak etmiş, təlim kurslarını  müvəffəqiyyətlə başa vuraraq biznes-plan hazırlamaq bacarığına yiyələnmiş şəxslər öz biznes layihələrini həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq avadnalıq və mal-qara ilə təmin olunacaqlar.

Keçidlər