Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Multikulturalizm və kitab” mövzusunda zona konfransı keçirildi.

08 iyul 2016 | 11:00

08.iyul 2016-cı il tarixdə saat 10.00-da Ağcabədi şəhər Y.Məmmədov adına Mədəniyyət Mərkəzində  Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ağcabədi rayon İcra Hakimiyyəti və Azərbaycan Milli  Kitabxanası ilə birgə Ağcabədi rayonunda “Multikulturalizm və kitab” mövzusunda zona konfransı, Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatını və “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisinin açılış mərasimini keçirildi.
  Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etdilər.
       Yığıncağı giriş sözü ilə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq qeyd etdi ki,    "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq" deyən Ulu Öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olundu və  həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir ki,bu işin  təbliği ilə bağlı Heydər Əliyev Fondu da olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir.

        Daha sonra çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, Millət vəkili Tahir Rzayev,Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin Ağcabədi bölgəsi  üzrə  şöbə müdiri,Tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov və Ağcabədi şəhər 1 saylı tam orta  məktəbin direktoru Səadət Kazımova qeyd etdilər ki,  Respublikamızda multikulturalizm bir kampaniya deyil, Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri,humanist  dəyərlərə söykənən siyasi kursu davamlı və ardıcıldır.

Keçidlər