İqtisadiyyat
Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 kv.km –dir, əhalisi 132334 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.
Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən
(Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar , Aşağı Avşar, Xocavənd , Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı,Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar,Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar,Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri ) ibarətdir.
Rayon ərazisində 216 idarə və müəssisə, 6 bank filialı, 2 rabitə müəssisəsi, 1 mehmanxana
fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 70512 nəfər, o cümlədən sənayedə çalışanların sayı 697 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32840 nəfər , tikintidə 511 nəfər, nəqliyyat və rabitədə 171 nəfər,təhsil, mədəniyyət və incəsənətdə 5813 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1192 nəfər,kreditləşmə maliyyə və sığortada 143 nəfər, İdarəetmə orqanları aparatında 745 nəfər , ticarət və xidmət sahələrində 3685 nəfər, digər sahələrdə 25226 nəfərdir.
2015-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 293.927.7 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 16.8 faiz, 2005-ci ilə nisbətən 4,6 dəfə çox olmuşdur. Rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 93,6 faiz təşkil etmişdir
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 2015-ci ildə sənaye üzrə 16.642.4min manat olmuş, 2014-cü ilə nisbətən 2.8 faiz, 2005-ci ilə nisbətən 13.1 dəfə, kənd təsərrüfatı üzrə 145.412.6 min manat olmuş, 2014-cü ilə nisbətən 27.3 faiz, 2005-ci ilə nisbətən 3.1 dəfə, tikinti üzrə 57.112.6 min manat olmuş 2014-cü ilə nisbətən 0.8 faiz, 2005-ci ilə nisbətən 17.4 dəfə, nəqliyyat üzrə 5139.3 min manat olmuş, 2014-cü ilə nisbətən 6.8 faiz, 2005-ci ilə nisbətən 2,5 dəfə, rabitə üzrə 730.2 min manat olmuş, 2014-cü ilə nisbətən 5.2 faiz, 2005-ci ilə nisbətən 2,7 dəfə, ticarət üzrə 68.890.6 min manat , 2014-cü ilə nisbətən 16.3 faiz, 2005-ci ilə nisbətən isə 7.0 dəfə cox olmuşdur.
2015-ci ildə rayonda 2876 yeni iş yeri açılmışdır ki, bunlardan da 1418-i daimi iş yeridir. Son 10 ildə rayonda 28500 yeni iş yeri açılmışdır ki, bunlardan da 12945-i daimi iş yeridir.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2012 – ci il tarixli, 183 saylı Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərtçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir.