Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi.

04 iyul 2016 | 11:00

04.07.2016-cı il tarixdə Ağcabədi rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi.Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, müharibə veteranları, valideynlər, gənc çağırışçılar və rayon ictimaiyyəti iştirak edirdi.
   Mərasim Dövlət himnimizin səslənməsi ilə başladı. Tədbiri giriş  nitqi ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı,QMƏVŞAİB Ağcabədi rayon Filialının sədri İsmayıl Məhərrəmov və çıxış edən valideynlər çağırışçılara uğurlu yol arzuladılar.
   Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirdi. Gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzuladı, müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Aprel ayının əvvəlində cəbhə bölgəsində məkrli düşmənə sarsıdıcı əks zərbə endirən Azərbaycan Ordusu bir daha öz gücünü mənfur düşmənə göstərdi.

Natiq onu da qeyd etdi ki, son illər Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksinin yaradılması, hərbi məhsullar istehsal edən zavodların açılması ölkənin hərbi sisteminin, müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir. Ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunmasına gətirib çıxaracaqdır.
  Mərasimdə Azərbaycan əsgərini vəsf edən vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndi.
  Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılar Azərbaycan Respublikasının bayrağı və müqəddəs Qurani- Kərimin  altından keçərək hərbi xidmətə yola salındılar.

Keçidlər