Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kitab sərgisi keçirilmişdir.
11 aprel 2013-cü il tarixdə saat 09:30 Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Maraqlar üzrə Yaradıcı Gənclər Klubu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “ Ağcabədi və ağcabədililər “ adlı kitab sərgisi təşkil keçirildi.
Sərgidə 60-dan çox ağcabədili müəllifin 100-dən çox kitabı, o cümlədən Ağcabədiyə həsr olunmuş kitablar, qəzet və jurnallar yer almışdı.
İlk öncə ağcabədili şairlərin də iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu. Daha sonra açıq havada təşkil olunmuş sərgiyə baxış keçirildi. Ağcabədili xanəndələrin lent yazılarının müşaiyəti ilə bir saat davam edən sərgidən sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat aldılar.
Bundan sonra Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq böyük şəxsiyyət Heydər Əliyevin fəaliyyəti, ədəbiyyatımıza , mədəniyyətimizə göstərdiyi qayğı, diqqət haqqında geniş məlumatı qonaqların nəzərində çatdırdı.
Tədbirin təşkilatçısı , Heydər Əliyev Mərkəzinin baş mühafizi, Maraqlar üzrə yaradıcı gənclər klubunun sədri Məhsəti Musa sərgilənən kitabları hələ kiçik yaşlarından topladığını və elə o vaxtdan nə zamansa həmin müəllifləri bir araya gətirmək arzusunda olduğunu vurğuladı. Və bugünkü tədbirin həyata keçirilməsinə dəstək olduğu üçün rayon rəhbərliyinə eləcə də Heydər Əliyev Mərkəzinin əməkdaşlarına dərin minnətdarlığını bildirdi.