Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu "Seyid Mürsəl Ağa" məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirildi.

01 iyul 2016 | 11:00

   01.07.2016-cı il tarixdə Ağcabədi rayonu "Seyid Mürsəl Ağa" məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” mövzusunda  tədbir keçirildi.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icması 01.07.2016-cı il tarixdə Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin( MKS) binasında “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilmişdir.
   Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Təranə Məmmədova, kitabxananın işçiləri və dini icma üzvləri iştirak etmişdilər.
   Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Təranə Məmmədova bildirdi ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin Sərəncama əsasən, dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. O, öz çıxışında İslamda ailə dəyərləri haqqında, nümunəvi ailələr haqqında məlumatlar verdikdən sonra məruzə üçün sözü Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə verdi. Təyyar Hacıyev İslamda ailə dəyərləri və Azərbaycan xalqının müasir ailələrində bu dəyərlərə hörmətlə yanaşıldığından bəhs etdi. Mövzu ətrafında Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış etdilər. Dinləyicilərin sualları cavablandırıldı və Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Təranə Məmmədova belə maarifləndirmə tədbirlərinin keçirildiyi üçün cənab prezident İlham Əliyevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Ş. Məmmədova öz təşəkkürlərini bildirdi.

Keçidlər