Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı mübarizə yolları” adlı dəyirmi masa keçirilmişdir

24 iyun 2016 | 11:00

“26 iyun – Narkomanlıq əleyhinə Ümumdünya mübarizə günü” ilə əlaqədar olaraq 24 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə yolları” adlı dəyirmi masa keçirilmişdir. 
     Heydər Əliyev Mərkəzində həyata keçirilən tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov narkomaniya ilə mübarizə üsulları haqqında məlumat verərək bu işdə həmrəylik nümayiş etdirməyin, gəncliyimizin belə zərərli vərdişlərdən uzaq olması üçün könüllülərin cəlb olunmasının və onların yetişdirilməsinin əhəmiyyətini vurğuladı.
    Sonra YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev reabiltasiya mərkəzlərinin yaradılmasının zəruriliyini vurğulayaraq daha uzaq ölkələrə getmədən bu vərdişlərdən uzaqlaşmağın mümkünlüyünü bildirdi.
     Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Heydər Əliyev mərkəzinin əməkdaşı Emin Qasımov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Samir Məmmədov çıxış edərək son illər narkotik istifadəçilərinin sürətlə gəncləşdiyini, narkotik vasitələrindən istifadə edənlər arasında 13-14 yaşlı uşaqların çoxlaması faktlarını vurğulayıblar.
    Müzakirələr zamanı o da diqqətə çatdırılıb ki, gənclərin zərərli vərdişlərdən uzaq olması və asudə vaxtlarının səmərəli təşkili üçün respublikamızın hər yerində olduğu kimi Heydər Əliyev Mərkəzində də hər cür şərait yaradılıb.
     Məhsəti Musa qeyd etdi ki, bu bəla ilə mübarizə yollarından biri də hər 3 təşkilatın Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqəli işləməsi, təbliğat üçün xüsusi qrupların yaradılması və bu qrup üzvlərinin sosial şəbəkələrdə də aktiv olunmasıdır ki, növbəti görüşlərdə də bu məsələlər müzakirə olunmalı və həyata keçirilməlidir.

Keçidlər