Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Elmira xanım Süleymanova Ağcabədi rayonunda ictimai dinləmə keçirdi

24 iyun 2016 | 11:00

24.06.2016-cı il tarixdə Ombudsman Elmira xanım Süleymanova Ağcabədi rayonunda ictimai dinləmə keçirdi.Əvvəlcə Elmira xanım Süleymanova və Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.    Daha sonra Ağcabədi rayon Yaqub Məmmədov adına Rayon Mədəniyyət evində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrə” həsr olunmuş İctimai dinləmə keçirildi. İctimai dinləmədə  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri,  idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri hökumət təşkilat nümayəndələri, rayon ağsaqqalları və gəncləri iştirak etdilər. Tədbiri Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə Respublikanın digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da ictimai dinləmə  təşkil etdiyinə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya   minnətdarlığını bildirdi və rayonda bu istiqamətdə aparılmış işlər barədə ətraflı məlumat verdi.    Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova öz çıxışında  Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmağın əsas vəzifələrdən biri olduğunu diqqətə çatdıraraq, Dövlət Proqramının Respublikada  uğurla həyata keçirildiyini vurğuladı və eyni zamanda bu istiqamətdə nəzərdə tutulmuş işlərin daha da yüksək səviyyədə həyata keçirilməsinin  vacibliyini bildirdi. Sonra rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinə Elmira xanım Süleymanova tərəfindən müvafiq tövsiyələr verildi.     Tədbirdən sonra İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira xanım Süleymanova rayon Polis şöbəsində olaraq müvəqqəti saxlama yerlərinə baxış keçirdi.

Keçidlər