Ağcabədi rayonunda "Vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi” mövzusunda tədbir keçirilmişdir.
16 iyun 2016-cı il tarixdə saat 11:00 –da Pedaqoji Universitetinin Ağcabədi filialında Rayon İcra Hakimiyyətinin və rayon Prokurorluğunun təşkilatçılığı ilə “ İslam dininin əsl dəyərlərini və fəlsəfəsini təbliğ edərək vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi, yanlış olması və İslam dəyərlərinə uyğun olmaması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, rayon Polis şöbəsinin rəisi, rayon prokuroru, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsinin sədri və tələbələr iştirak etmişdir. Tədbirdə bu mövzuda çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, rayon Polis şöbəsinin rəisi, rayon prokuroru, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsinin sədri və digərləri vəhhabilik və bu qəbildən olan digər radikal dini cərəyanların dövlətə və cəmiyyətə mənfi təsirindən danışmışlar.