Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi ilə bağlı tədbir keçirilmişdir.
03 aprel 2013 – cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi ilə bağlı tədbir keçirilmişdir.
Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Daha sonra tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin həyətində keçirilmişdir.
Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, vətəni sevmək, lazım olduğunda vətənini düşməndən
qorumaq üçün döyüşmək və bu uğurda canını sevə sevə vermək müqəddəs
bir vəzifədir. Rayon rəhbəri qeyd etmişdir ki, mən inanıram ki, 2013-cü ilin oktyabr ayında keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində biz həmişə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin layiqli varisi İlham Əliyevi dəstəkləyəcəyik və Onun apardığı düzgün siyasət nəticəsində erməni cəlladlarından torpaqlarımızı azad edib, qələbə səadətini tezliklə yaşayacayıq, şəhidlərimizin qanını yerdən qoymayacayıq.
Rayon rəhbəri bir daha bütün hərbi xidmətə yollanan gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı.
. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər gənc çağırışçılara vətəni qorumaq yolunda uğurlar dilədilər, onlara uzun ömür, can sağlığı arzuladılar və qeyd etdilər ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində işğal altında olan 20 % torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə yeni qələbələr əlavə edəcəyik.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin konsert proqramı ilə davam etmişdir.
Yolasalma mərasimində 500 nəfər iştirak etmişdir.