Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fitnə” filminin təqdimatı oldu

08 iyun 2016 | 11:00

08.06.2016-cı il tarixdə Ağcabədi rayon Ü. Hacıbəyov adına Qarabağ Muğam Mərkəzində “Fitnə” filmi nümayiş etdirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, həmin şöbənin digər əməkdaşları, Ağcabədi rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Ağcabədi şəhər “Cümə” məscidinin axundu Mərdan Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon Təhsil şöbəsinin metodisti Fehruz Rəfiyev, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, rayonun 50-dən çox ümumtəhsil məktəbinin direktorları, müəllimləri və 11-ci sinif şagirdlərinin nümayəndələri olmaqla 150 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Fitnə” filminin təqdimatı haqqında məlumatlar verdi və filmin Respublikada böyük əhəmiyyət kəsb etdiytini qeyd etdikdən sonra filim nümayiş etdirildi.

Keçidlər