Ağcabədi rayonunda “İslamda ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 07.06.2016-cı il tarixdə Ağcabədi şəhər 8 saylı tam orta məktəbdə Ağcabədi rayon Seyid Mürsə Ağa məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini:-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu “Cümə” məscidinin axundu və şəhər dini icmasının sədri Rzayev Mərdan, Ağcabədi rayon 8 saylı tam-orta məktəbin direktoru Anar Qasımov, məktəbin müəllim və tələbə kollektivi, icma üzvlərindən ibarət 100 nəfər iştirak etmişdir.
Tədbiri Ağcabədi rayon 8 saylı tam-orta məktəbin direktoru Anar Qasımov giriş sözü ilə açaraq “İslamda ailə dəyərləri” haqqında çıxış etdi. Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini:-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu “Cümə” məscidinin axundu və şəhər dini icmasının sədri Rzayev Mərdan, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov mövzu ətrafında çıxış edərək, öz fikirlərini söylədilər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda tədbir çay süfrəsi ilə başa çatdırıldı.