Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu 220 şagird yerlik Aran kənd 1 saylı tam orta məktəbin açılışı ilə bağlı tədbir olmuşdur.

03 aprel 2013 | 10:00

02 aprel  2013 – cü il  tarixdə  saat 10:00 –da Ağcabədi rayonu Aran kəndində  220 şagird yerlik  Aran kənd 1 saylı tam orta məktəbin açılışı ilə bağlı tədbir olmuşdur.
    Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak etmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir.
    Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi, əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
     Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diddət və qayğıya görə məktəbin müəllim, şagird kollektivi və öz adından minnətdarlığını bildirmişdir.
     Daha sonra tədbirdə çıxış edən kəndin ağsaqqalları və ziyalıları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, “ Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməklə təhsilə, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya  və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
      Çıxış edənlər 2013- cü ilin Prezident seçkisi  ili olduğunu diqqətə çatdıraraq bildirdilər ki, Ağcabədililər Ulu Öndərin ictimai – siyasi xəttinin davamçısı, uğurlu iqtisadi inkişafın təminatçısı, xalqımızın sevimli Lideri İlham Əliyevə səs verəcəklər.
    Tədbirdə 800 nəfər  iştirak etmişdir.

Keçidlər