15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq 6 iyun 2016-cı il tarixində Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbinin “Gənc Heydərçilər” qrupu ilə birlikdə tədbir keçirilmişdir.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, həmin idarənin aparıcı məsləhətçisi Faiq Seyidəliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Ceyhun Mamedov, şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova və məktəbin müəllim kollektivi iştirak etmişlər.
Tədbir zamanı Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova çıxış edərək Ulu Öndərin gənclər siyasətindən, Onun gənclərə tövsiyyələrindən, 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən və Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs etmişlər.
Daha sonra tədbir müzakirə formasında davam etdirilib. Müzakirə zamanı “Gənc Heydərçilər”lə birlikdə Ulu Öndərin siyasi irsi və fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılıb.